...

Misir Mərdanov Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsinin TQDK-ya verilməsinə münasibət bildirib

Cəmiyyət Materials 20 Aprel 2012 11:35 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov nazirliyin səlahiyyətlərinin bir hissəsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi barədə ölkə Prezidentinin fərmanına münasibət bildirib.
Misir Mərdanov Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsinin TQDK-ya verilməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Təhsil naziri Misir Mərdanov nazirliyin səlahiyyətlərinin bir hissəsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi barədə ölkə Prezidentinin fərmanına münasibət bildirib.

"Bu gün bu məsələni müzakirə etməməliyik. Hər birimizin borcu dövlət başçısının fərmanlarını vaxtında həyata keçirməkdən ibarət olmalıdır", Trend-in məlumatına görə, Mərdanov bununla bağlı jurnalistlərin sualına cavabında deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib.

Xəbər lenti

Xəbər lenti