...

Rusiyanın məşhur qəzetinin icmalçısı Bakı haqqında təəssüratlarını bölüşüb (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2012 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın məşhur "Kommersant" qəzetinin icmalçısı Dmitri Butkeviç Bakı haqqında təəssüratlarını oxucuları ilə bölüşüb.

Trend-in məlumatına görə, o bildirib ki, Bakı sürətli şəkildə dəyişir, "Eurovision" mahnı müsabiqəsi ərəfəsində dənizkənarı bulvar uzadılır və genişləndirilir.

Butkeviç vurğulayıb ki, Azərbaycanın paytaxtında aktiv tikinti işləri aparılır. O, həmçinin bildirib ki, Bakı "Eurovision" mahnı müsabiqəsinə çox yüksək səviyyədə hazırlaşır. Butkeviç mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nın möhtəşəmliyini qeyd edib.

Butkeviç Bakının son görüntülərini də öz "Facebook" səhifəsində yerləşdirib.

Xəbər lenti

Xəbər lenti