...

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13 min nəfərə yaxındır

Cəmiyyət Materials 26 Aprel 2012 12:26 (UTC +04:00)
2012-ci il aprelin 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfər təşkil edir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13 min nəfərə yaxındır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Axundov/

2012-ci il aprelin 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfər təşkil edir. Bu barədə cümə axşamı Trend-ə fondun İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Məlumata görə, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları nisbətən coxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7149 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (412), Hindistan (279), Çin Xalq Respublikası (251), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (152), Özbəkistan (148), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (107), Almaniya (101), Ukrayna (100), Filippin (99), Türkmənistan (83), Malayziya (80), İtaliya (73), Qazaxıstan (71), ABŞ (67) və s. ölkələr gəlir.

Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.

Xəbər lenti

Xəbər lenti