...

Təhsil Nazirliyi bu ilin məzunları haqqında məlumat bazasını TQDK-ya təqdim edib

Cəmiyyət Materials 1 May 2012 15:36 (UTC +04:00)
Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinin məzunları barədə məlumat bazasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edib.
Təhsil Nazirliyi bu ilin məzunları haqqında məlumat bazasını TQDK-ya təqdim edib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinin məzunları barədə məlumat bazasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edib. Bu barədə çərşənbə axşamı nazirlikdən Trend-ə məlumat verilib.

Nazirlikdən bildirilib ki, bazada 220 min şagird haqqında məlumat var. Bazada adı olan şagirdlərin 130 mini 9-cu, 90 mini isə 11-ci sinif şagirdidir.

Nazirlikdən qeyd olunub ki, TQDK məzunlarla bağlı əlavə məlumatlar istədikcə, bu barədə də məlumatlar həmin quruma vaxtlı-vaxtında verilir.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə deyib ki, attestat və şəhadətnamələrin TQDK və ya Təhsil Nazirliyi tərəfindən verilməsi məsələsi müzakirə edilir.

Qeyd edək ki, ölkə Prezidentinin bu yaxınlarda verdiyi sərəncama uyğun olaraq, bu ildən orta məktəblərdə buraxılış imtahanlarını TQDK keçirəcək. Bu imtahanlar əvvəl nazirlik tərəfindən keçirilirdi.

Xəbər lenti

Xəbər lenti