...

Azərbaycanda Sasanilər dövrünə aid tarixi eksponatlar tapılıb

Cəmiyyət Materials 2 May 2012 10:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsuda Sasanilər dövrünə aid tarixi eksponatlar tapıb.
Azərbaycanda Sasanilər dövrünə aid tarixi eksponatlar tapılıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsuda Sasanilər dövrünə aid tarixi eksponatlar tapıb. Bunu çərşənbə günü Trend-ə institutun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev deyib.

Onun sözlərinə görə, Ağsuda Sasani döyüşçünün qəbri aşkarlanıb. Qəbrin təxminən V əsrə aid olduğu hesab edilir. Qəbirdəki döyüşçünün sağ əlində şüşə cam, belində dəmir qılınc, ayaqlarının altında isə Sasani draxması (pulu) olub.

Quliyev deyib ki, indiyədək Azərbaycanda Sasanilər dövrünə aid Şirvanda, Şamaxının Göylər kəndində dəfinə tapılıb. Ötən il Azərbaycanda aşkarlanmış pullar arasında ən qədimi Bizans imperatoru Konstantinə aid olub.

Xəbər lenti

Xəbər lenti