...

Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək, yağış yağacaq

Cəmiyyət Materials 2 May 2012 12:40 (UTC +04:00)
Mayın 3-də Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq, mülayim cənub küləyi əsəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək, yağış yağacaq

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 3-də Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq, mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv yağış yağacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti