...

Azərbaycanın təhsil naziri məktəb gündəliklərində reklamların yerləşdirilməsinə münasibət bildirib

Cəmiyyət Materials 2 May 2012 15:30 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin gündəliklərində reklamların yerləşdirilməsinə münasibət bildirib.
Azərbaycanın təhsil naziri məktəb gündəliklərində reklamların yerləşdirilməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin gündəliklərində reklamların yerləşdirilməsinə münasibət bildirib. Trend-in məlumatına görə, Misir Mərdanov çərşənbə günü jurnalistlərə bildirib ki, yeni gündəliklərdəki reklamlar şagirdlərin fikrinin yayınmasına səbəb olmayacaq.

"Düşünürəm ki, heç bir yayındırma ola bilməz. Digər ölkələrin gündəliklərinə də baxmışam və həmin gündəliklərdə də reklamların olduğunu görmüşəm", - Mərdanov deyib.

O, gündəliklərin nazirlik tərəfindən deyil, nəşriyyatlar tərəfindən çap etdirildiyini deyib və qeyd edib ki, bütün suallar da nəşriyyatlara ünvanlanmalıdır.

Nazir bildirib ki, bu il orta məktəbi bitirən 11-ci sinif məzunlarına attestatların Təhsil Nazirliyi tərəfindən veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Şərq-Qərb" Nəşriyyat Evi növbəti tədris ili üçün 1-5-ci sinif şagirdləri üçün reklamlar yerləşdirilmiş gündəliklər çap edib. Belə gündəliklər növbəti tədris ilində 6-11-ci sinif şagirdləri üçün də çap olunacaq.

Xəbər lenti

Xəbər lenti