...

Azərbaycanda 5 şirkətə turizm fəaliyyəti üçün lisenziya verilib

Cəmiyyət Materials 4 May 2012 14:24 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aprel ayı ərzində 5 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.
Azərbaycanda 5 şirkətə turizm fəaliyyəti üçün lisenziya verilib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aprel ayı ərzində 5 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.

Trend-in cümə günü nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şirkətlərin biri İsmayıllıda, qalanları Bakıda fəaliyyət göstərir. Lisenziya alan şirkətlər "Vafi Turizm" MMC (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi), "Z-Company 2007" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Zivərbəy Əhmədbəyov küçəsi, ev 33),. "RX Travel" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131, mənzil 39) və "Premium Travel" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Ak. Şamil Əzizbəyov küçəsi, ev 88), "Zenit Tour" MMC-dir (hüquqi ünvanı: Bakı şəhəri, Aşıq Alı küçəsi, ev 3, mənzil 103).

Şirkətlərdə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq ( lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarlarına uyğun olaraq, verilib.

Xəbər lenti

Xəbər lenti