...

Ədliyyə orqanlarında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilib

Cəmiyyət Materials 8 May 2012 19:26 (UTC +04:00)
Müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.
Ədliyyə orqanlarında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilib

Azərbaycan, Bakı, 8 may /Trend/

Müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması, habelə köklü hüquqi islahatların aparılması, o cümlədən ədliyyə fəaliyyətinin inkişafının təmin edilməsi, nazirliyin dövlət strukturu kimi təsis olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndərin doğum gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində nazirliyin əməkdaşları ümummilli liderə sonsuz ehtiram əlaməti olaraq Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər. Həmçinin, ümummilli liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi anılıb.

Sonra Heydər Əliyev muzeyində ədliyyə naziri Fikrət Məmmədovun və nazirliyin kollektivinin iştirakı ilə tədbir keçirilib. Tədbirə millət vəkili, Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dəvət olunub.

Mərasimdə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açılıb, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlər vurğulanıb.

Ümummilli lider Heydər Əliyevlə bağlı zəngin təəssüratlarını və xatirələrini bölüşən millət vəkili Arif Rəhimzadə Azərbaycan tarixində əbədi və uca yer tutan ulu öndərimizin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolunu qeyd edərək, Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulayıb, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və dövlət quruculuğu sahəsində titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.

Çıxış edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müasir məhkəmə və ədliyyə sisteminin inkişafında müstəsna rolu və xidmətlərindən bəhs edib, dahi rəhbərin milli dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olacaqlarını bildirib, ümummilli lider tərəfindən əsası qoyulmuş və bu gün də dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına işə qəbul üçün gənclərə hər cür şəraitin olmasını vurğulayıblar.

Nazirliyin əməkdaşları muzeydə ulu öndərin bənzərsiz həyatını və xalqımız tərəfindən heç zaman unudulmayacaq əvəzsiz xidmətlərini əks etdirən ekspozisiyalarla tanış olub, ümummilli liderə həsr olunmuş filmlərə baxıblar.

Əlamətdar gün münasibətilə nazirliyin rəhbərliyinin gənc ədliyyə işçiləri ilə görüşü və Ədliyyə Akademiyasında tədbir keçirilib.

Xəbər lenti

Xəbər lenti