...

Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir (FOTO)

Cəmiyyət Materials 10 May 2012 17:06 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq əlaqələrini artırır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq əlaqələrini artırır. Bu gün Universitetin qonağı dünyada tanınmış və memarlıq-arxitektura layihələrinə, eləcə də bu layihələrin ərsəyə gəlməsində xidməti olan bütün sənətkarlara xüsusi diqqətlə yanaşan "Ağaxan" fondu olub.

Trend-in məlumatına görə, AzMİU-da təşkil olunan tanışlıq mərasimində "Ağaxan" fondunun Memarlıq mükafatları direktoru Dirəxşani Fərrux universitetin müəllim və tələbə heyəti ilə görüşüb. Artıq 33 ildir fəaliyyət göstərən fond dünyanın memarlıq nümunələrinin və bu kimi möhtəşəm layihələrin həyata keçirilməsində katalizaitor rolu oynayır. "Ağaxan" fondunun AzMİU ilə əməkdaşlıq etmək səbəbi universitetin tələbələrinin dünyaya inteqrasiyasında birbaşa rol oynamaqdır.

"Tələbələrin bəzən problemi odur ki, onların ancaq öz yaşadıqldarı məkanın memarlıq işləri ilə tanış olmaq imkanları olur. Ancaq memar olacaq hər kəs bu işin heç də sadə bir yaradıcılıq işi olmadığını anlamalıdır", - Dirəxşani Fərrux deyib.

AzMİU-nun rektoru, millət vəkili Gülçöhrə Məmmədova isə universitetdə Memarlıq fakültəsində 700-ə yaxın tələbənin təhsil aldığını, onlardan 250 nəfərinin xarici vətəndaşlar, xüsusilə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Fələstin, Əfqanıstandan olan tələbələr olduğunu söyləyib. Rektor universitetin istər Avropada, istərsə də MDB-də bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq və tələbə mübadiləsi etdiyini qonaqların diqqətinə çatdırıb.

Dirəxşani Fərrux bildirib ki, onlar hər 3 ildən bir reallaşdırılmış və onların kriteriyalarına cavab verən layihələr üçün nominasiyalar keçirirlər. Burada qalib olan isə 1 milyard dollar mükafat ayrılr. Fond rəsmisi qaliblər sırasında AzMİU-nun müəllim və tələbə heyətindən olan memarların da işlərinin olmasını arzuladığını diqqətə çatdırıb.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova bu ilin sentyabrında fondun rəhbərliyini universitetə dəvət edib və burada master-klasslar keçmələrini, eləcə də geniş proqramla çıxış etmələrini təklif edib.

Qeyd edək ki, "Ağaxan" fondunun rəhbərliyi ilk dəfə bu universitetdə 1999-cu ildə olub.

Xəbər lenti

Xəbər lenti