Azərbaycan, Bakı, 10 may /Trend/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində anım mərasimi keçirilib.
İdarədən cümə axşamı Trend-ə verilən məlumata görə, ictimai xadimlərin, İçərişəhər Ağsaqqallar Şurasının üzvlərinin, Qoruq İdarəsinin əməkdaşlarının iştirakı ilə Heydər Əliyevin büstü qarşısına əkili və gül dəstələri qoyulub və ruhuna ehtiram bildirilib.
"Dəyirmi masa" ilə davam edən tədbirdə açılış sözü ilə Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov çıxış edib, Heydər Əliyevin xalqımızın taleyində və dövlətçiliyimizin qurulmasında və inkişafındakı əvəzsiz rolu barədə nitq söyləyib.
Ümummilli liderlə şəxsən tanış olan və onunla dəfələrlə görüşmüş Ağsaqqallar Şurasının üzvləri və ictimai xadimlər öz xatirələrini bölüşüb, Heydər Əliyevin gördüyü işlər, İçərişəhərə qayğısı və diqqəti barədə danışıblar.