Azərbaycan, Bakı, 14 may /Trend, müxbir H.Vəliyev/
Mehmanxana biznesinin yayımladığı televiziya kontentinin monitorinqinin nəticələri göstərib ki, paytaxtın əksər hotelləri TV-kontenti qanunsuz yayımlayır. Bu barədə bazar ertəsi Trend-ə "Nur Dünyası" şirkətinin səlahiyyətli nümayəndəsi İslam Bağırov bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycan kabel operatorları şəbəkəsində 54 televiziya kanalının yayımlanmasının eksklüziv hüquqlarına malikdir.
"TV-kontentin qanunsuz yayımını həyata keçirən hotellərin bundan məhrum edilməsi məqsədəuyğun deyil, çünki bundan, ilk növbədə hotellərdə yerləşənlər ziyan görəcək. Azərbaycanda kabel televiziyası təqribən son beş ildə inkişaf edir. Güman edirəm ki, biz buna tədricən nail olacağıq. Leqal kontenin yayımlanmasının təmin edilməsi üzrə işlər "Eurovision-2012" mahnı müsaboqəsinin başa çatdmasından sonra davam etdiriləcək", - Bağırov qeyd edib.