...

Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək

Cəmiyyət Materials 14 May 2012 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, buraxılış imtahanlarından azad ediləcək məktəblərin siyahısı Fövqəladə Hallar Nazirliyinin məlumatı əsasında müəyyən ediləcək. TQDK artıq belə məktəblərin siyahısını müəyyənləşdirmək ücün FHN-ə müraciət edib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya təqdim edəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq.

Abbaszadə bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib.

Xəbər lenti

Xəbər lenti