...

Ümumdünya Turizm Təşkilatının Avropa Regional Komissiyasının növbəti iclasının keçirilmə tarixi və yeri müəyyənləşib

Cəmiyyət Materials 15 May 2012 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend müxbir İ.İsabalayeva/

Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa Regional Komissiyasının 55-ci iclası 2013-cü ilin may ayında İzmir şəhərində keçiriləcək.

Trend çərşənbə axşamı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ÜTT-nin Avropa Regional Komissiyasının Gürcüstanın Batumi şəhərində keçirilmiş 54-cü iclasında bu qərara gəlinib. ÜTT-nin Baş Katibi Taleb Rifai tədbirdə çıxış edərkən bildirib ki, 2011-ci ildə dünyada beynəlxalq turizm artımının 4,4%-ə, Avropada isə 5,8%-ə çatıb. Taleb Rifai 2012-ci il üçün dünyada beynəlxalq turizm artımının 3-4%-ə, Avropada isə 2-4%-ə çatacağını bildirib.

Tədbirdə Avropada səyahətlərin asanlaşdırılması məqsədilə viza qaydalarının sadələşdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti