...

Azərbaycanda şagirdlər İmtahana buraxılış vərəqələrini təhsil aldıqları məktəbdən əldə edə biləcəklər

Cəmiyyət Materials 18 May 2012 20:25 (UTC +04:00)
Azərbaycanda buraxılış imtahanlarında iştirak edəcək şagirdlər İmtahana buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edə biləcəklər.
Azərbaycanda şagirdlər İmtahana buraxılış vərəqələrini təhsil aldıqları məktəbdən əldə edə biləcəklər

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanda buraxılış imtahanlarında iştirak edəcək şagirdlər İmtahana buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edə biləcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin imtahanlarda iştirak edəcək şagirdlərə təqdim olunması üçün İmtahana buraxılış vərəqələri TQDK tərəfindən orta ümumtəhsil məktəblərinə verilib.

Adına İmtahana buraxılış vərəqəsi olmayan şagirdlər təhsil aldıqları orta ümumtəhsil müəssisəsinin rəhbərliyinə müraciət etməlidirlər.

TQDK tərəfindən şagirdlərə pulsuz olaraq verilməsi üçün "Yaddaş kitabçası" da təqdim olunub. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayının 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində, iyunun 3-də isə IX siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Eyni vaxtda Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında orta ümumtəhsil müəssisələrinin XI və IX siniflərinin rus bölməsi şagirdləri də buraxılış imtahanı verəcəklər. İşğal olunmuş rayonların Bakı şəhərində yerləşən orta məktəblərinin şagirdləri də qeyd olunan tarixlərdə buraxılış imtahanı verəcəklər.

Xəbər lenti

Xəbər lenti