...

Bakıda "Eurovision" həftəsinin hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 19 May 2012 13:16 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi həftənin ilkin hava proqnozunu açıqlayıb.
Bakıda "Eurovision" həftəsinin hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi həftənin ilkin hava proqnozu açıqlanıb.

Departamentdən şənbə günü Trend-ə verilən məlumata görə, mayın 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Mayın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 24-də havanın buludlu olacağı, arabir açılacağı, səhər və gündüz yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-18, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.

Mayın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 21-24 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, hava proqnozu ilə bağlı yenidən dəqiqləşdirmələr aparılacaq.

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, finalı isə mayın 26-da olacaq.

Xəbər lenti

Xəbər lenti