...

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri sürüşmənin baş verməməsi üçün öz tövsiyələrini açıqlayıb

Cəmiyyət Materials 23 May 2012 11:39 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə sürüşmənin baş verməməsi üçün öz tövsiyələrini açıqlayıb.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri sürüşmənin baş verməməsi üçün öz tövsiyələrini açıqlayıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə sürüşmənin baş verməməsi üçün öz tövsiyələrini açıqlayıb.

Trend-in məlumatına görə, nazir deyib ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, ağaclara qayğı ilə yanaşılmalıdır, yamaclarda mal-qara otarmaq olmaz.

"Bunun səbəbi var. Səbəblərdən biri odur ki, torpağın üst qatı zəifləyəndə bu, yağan yağışların yarğan əmələ gətirməsinə, suyun yığılmasına, sürüşmə təhlükəsi olan laylara keçməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, ötənilki payız-qış mövsümü, yazın ilk ayları çox qarlı-yağışlı keçib, bu da əlavə yükdür. Buna görə də gözəçarpan dərəcədə proseslər gedir", - Bağırov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın bir neçə regionunda sürüşmə təhlükəsi olan ərazilər var.

Xəbər lenti

Xəbər lenti