...

"Eurovision 2012" finalına qeyri-formal səsvermədə Səbinə Babayeva liderdir (FOTO)

Cəmiyyət Materials 26 May 2012 17:50 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision-2012" finalına qeyri-formal səsvermə keçirilib.
"Eurovision 2012" finalına qeyri-formal səsvermədə Səbinə Babayeva liderdir (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir V.İmanov /

"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision-2012" finalına qeyri-formal səsvermə keçirilib.

Trend-in məlumatına görə, səsvermə "Eurovision 2012"-nin Təşkilat Komitəsi və EBU tərəfindən təşkil edilib, orada jurnalistlər, eləcə də müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Səsvermədə hazırda Azərbaycan təmsilçisi Səbinə Babayeva liderdir, ikinci yeri İsveç təmsilçisi Lorin, üçüncü yeri isə türkiyəli Can Bonomo tutur.

Hər kəs interaktiv səsvermədə yalnız bir dəfə iştirak edə bilir və "Eurovision" səsverməsi sistemində səs verir - birinci yerə 12, ikinci yerə 10, üçüncü yerə 8 bal və s.

"Eurovision" tarixində ilk dəfə Azərbaycanda sensor köşk əsasında yeni səsvermə texnologiyasından istifadə olunur.

Xəbər lenti

Xəbər lenti