...

Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov vəfat edib

Cəmiyyət Materials 27 May 2012 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib.

Trend-in məlumatına görə, Nəsirov Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib.

Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib.

1972-ci ilin dekabrında Nəsirov SSRİ DTK-nın Qırmızı bayraqlı Zaqafqaziya Sərhəd Dairəsi qoşunlarının rəis müavini təyin edilib və 1974-cü ildə general-mayor rütbəsi alıb. Həmin dövrdə Zaqafqaziya sərhəd dairəsi SSRİ-nin bütün sərhəd sisteminin nisbətən daha mühüm hissəsi olub.

Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib.

General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafatalrı, orden və medalalrı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti