...

Mətbuat Şurasının komissiyası peşə davranışı qaydalarının pozulması ilə bağlı müraciətlərə rəy verəcək

Cəmiyyət Materials 30 May 2012 16:36 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının ötən iclasından keçən müddət ərzində qurumun müzakirəsinə peşə davranışı qaydalarını pozan təxminən 20-dən artıq nəşr barəsində materiallar təqdim olunub.
Mətbuat Şurasının komissiyası peşə davranışı qaydalarının pozulması ilə bağlı müraciətlərə rəy verəcək

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının ötən iclasından keçən müddət ərzində qurumun müzakirəsinə peşə davranışı qaydalarını pozan təxminən 20-dən artıq nəşr barəsində materiallar təqdim olunub. Bunu çərşənbə günü Trend-ə "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Hazırda komissiya üzvlərinin həmin şikayətləri araşdırdığını deyən Rəhimzadə şikayətlərin əsasən büdcə təşkilatlarından, orta məktəblərdən, səhiyyə müəssisələrindən, müxtəlif təbəqələri təmsil edən insanlardan daxil olduğunu bildirib.

Yaxın zamanlarda rəhbərlik etdiyi komissiyanın növbəti iclasının keçiriləcəyini diqqətə çatdıran MŞ rəsmisi bildirib ki, iclasda komissiya üzvləri öz rəylərini bildirərək Şuranın idarə heyətinə təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti