...

Misirdə “İRS” jurnalının ərəb dilində ilk sayı çap etdirilib

Cəmiyyət Materials 3 İyun 2012 19:33 (UTC +04:00)
Azərbaycanın Misirdəkı səfirliyi və “İRS-Heritage” jurnalının redaksiya heyəti tərəfindən “İRS” jurnalının ərəb dilində ilk sayı çap etdirilib.
Misirdə “İRS” jurnalının ərəb dilində ilk sayı çap etdirilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın Misirdəkı səfirliyi və "İRS-Heritage" jurnalının redaksiya heyəti tərəfindən "İRS" jurnalının ərəb dilində ilk sayı çap etdirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələri və müasir inkişaf perspektivləri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.

İlk sayının nəşrinin Respublika gününə təsadüf etdiyi jurnalda R.Mustafayevin "İmperiya əyalətindən parlamentli respublikaya doğru", C.Qiyasinin "Ərəb dünyasında Azərbaycan memarlığı", S.Nəsirovun "Azərbaycanlıların ərəblərin qəlbində yeri", R.Piriyevin "Qarabağ-Azərbaycanın qəlbi", əlcəzairli jurnalist F.Bördun "Azərbaycanın kəşfi", E.Kərimovun "Azərbaycan xalqının etnopsixologiyası", C.Həsənzadənin "Azərbaycan miniatür adidələri", Z.Elxanoğlunun "Təzə və köhnə Təzə Pir", B.Budaqovun "Azərbaycan təbiət nümunələri" və sair məqalələr özünə yer alıb.

Bütün ərəb dünyası boyunca yayılacaq jurnalın mütəmadi əsasda çap etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti