...

Azərbaycan jurnalistləri üçün yaşayış binası vaxtından əvvəl istifadəyə verilə bilər

Cəmiyyət Materials 11 İyun 2012 17:07 (UTC +04:00)
Azərbaycan jurnalistləri üçün çoxmənzilli yaşayış binası planlaşdırılan tarixdən - 2013-cü ilin avqustundan tez hazır ola bilər.
Azərbaycan jurnalistləri üçün yaşayış binası vaxtından əvvəl istifadəyə verilə bilər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Hüseynov/

Azərbaycan jurnalistləri üçün çoxmənzilli yaşayış binası planlaşdırılan tarixdən - 2013-cü ilin avqustundan tez hazır ola bilər. Tikinti yüksək templə gedir və iyulun 22-də qeyd edilən Azərbaycan Milli Mətbuat Gününə hazır ola bilər.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişafı" mövzusuna həsr olunmuş "dəyirmi masa"da deyib.

Səfərli bildirib ki, hazırda tikinti işləri 12-ci mərtəbə səviyyəsində aparılır.

16 mərtəbəli binanın ucaldılması 2011-ci ilin dekabrında Bibiheybət qəsəbəsində bir hektarlıq sahədə başlayıb. Binada bir və ikiotaqlı 154 mənzilin olması gözlənilir.

Xəbər lenti

Xəbər lenti