...

Yol Patrul Xidmətinə işə qəbulla bağlı müsabiqə elan olunub

Cəmiyyət Materials 18 İyun 2012 16:42 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar növbəti müsabiqə elan edib.
Yol Patrul Xidmətinə işə qəbulla bağlı müsabiqə elan olunub

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar növbəti müsabiqə elan edib.

İdarənin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, Bakı şəhərində daimi qeydiyyatda olan, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, avtomobil nəqliyyatına aid olan orta-texniki və ya ali təhsilli, sürücülük vəsiqəsi olan və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Daxili işlər orqanlarında yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbul olunmaq istəyən şəxslər şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet, əmək kitabçası və sürücülük vəsiqəsini təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Namizədlər yol hərəkəti qaydaları üzrə və kompüter biliklərinin yoxlanılmasına cəlb olunurlar.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.

Fiziki hazırlıq səviyyəsinin minimal normativləri: qaçış: 100 (yüz) metrə - 15 saniyə, 1000 metrə - 4 dəqiqə; turnikdə dartınma: 6 dəfə.

Müsabiqə üçün sənədlər Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi, Kənar dairəvi yolun kəsişməsi) 2012-ci ilin iyun ayının 11-dən iyul ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul olunur.

Əlaqə telefonu: 510-72-90

Xəbər lenti

Xəbər lenti