...

TQDK 12 şagirdi imtahandan xaric edib

Cəmiyyət Materials 19 İyun 2012 17:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 18-də keçirdiyi buraxılış imtahanında iştirak edən 12 şagird imtahandan xaric edilib.
TQDK 12 şagirdi imtahandan xaric edib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 18-də keçirdiyi buraxılış imtahanında iştirak edən 12 şagird imtahandan xaric edilib.

Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, həmin şəxslər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdikləri üçün imtahandan xaric ediliblər. Onların imtahan nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, TQDK iyunun 18-də respublikanın bir sıra rayonlarında, o cümlədən Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib.

Xəbər lenti

Xəbər lenti