...

Azərbaycanda yeni doğulmuş uşaqlara HepB immunoqlobulini tətbiq ediləcək

Cəmiyyət Materials 21 İyun 2012 15:31 (UTC +04:00)
Gələn ildən Azərbaycanda anası Hepatit B daşıyıcısı olan bütün yenidoğulmuş uşaqlar üçün HepB peyvəndi ilə yanaşı, HepB immunoqlobulini də tətbiq ediləcək.
Azərbaycanda yeni doğulmuş uşaqlara HepB immunoqlobulini tətbiq ediləcək

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

Gələn ildən Azərbaycanda anası Hepatit B daşıyıcısı olan bütün yenidoğulmuş uşaqlar üçün HepB peyvəndi ilə yanaşı, HepB immunoqlobulini də tətbiq ediləcək.

Bunu cümə axşamı Trend-ə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, 2009-cu ildən "Hamilə qadınlar arasında HİV və HepB-nin müayinəsi və yeni doğulmuş uşaqlar arasında HepB-nin profilaktikası" proqramı həyata keçirilir. Bu proqram ilk olaraq, Bakı, Gəncə şəhərləri və Lənkəran rayonunda tətbiq olunub. Proqram Rostropoviç-Vişnevskaya Fondu, Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirilir.

2012-ci ilin may ayından isə proqramın Sabirabad rayonu və Şirvan şəhərində tətbiqinə başlanılıb. Bu günə qədər 2000-ə qədər anası HepB daşıyıcısı olan yeni doğulmuş uşaq arasında HepB peyvəndi ilə yanaşı, HepB immunoqlobulinin tətbiqi də həyata keçirilib.

Məmmədov deyib ki, 2013-cü ildən başlayaraq proqram bütün ölkə ərazisində reallaşacaq. Layihənin tətbiqi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti