...

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb

Cəmiyyət Materials 25 İyun 2012 12:49 (UTC +04:00)
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 22 sm artıb.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 22 sm artıb.

Trend-in bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda məntəqədə su sərfi 163 m3/san.-dir. Bu isə ongünlük normanın 40 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 2 dəfə çox olmaqla 380 m3/san və ongünlük normanın 94 faizini təşkil edib.

Kür çayının aşağı axınında son günlərdə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 sm (2011-ci il iyunun 25-də 630 sm), Şirvanda 243 sm (2011-ci il iyunun 25-də 537 sm), Salyanda 203 sm (2011-ci il iyunun 25-də 533 sm), Bankədə 225 sm-dir (2011-ci il iyunun 25-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 109 sm-dir (2011-ci il iyunun 25-də 360 sm).

Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 75-125, Naxçıvan MR çaylarında isə normanın 45-50 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməyib. Lakin iyunun 24-də suyun səviyyəsində 4 sm artım, 25-də isə yenidən azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 106 m3/san olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu illə müqayisədə 2 dəfə yüksək olmaqla 251 m3/san təşkil edib.

Xəbər lenti

Xəbər lenti