...

Bakıda "Məzun gecəsi" keçirilib

Cəmiyyət Materials 28 İyun 2012 20:04 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Məzun gecəsi" keçirilib.
Bakıda "Məzun gecəsi" keçirilib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Məzun gecəsi" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və məzunlar iştirak ediblər.

Təhsil naziri çıxışında məzunlara bir neçə tövsiyə verib.

"Sizə yazmağı, oxumağı öyrətmiş müəlimləri hər zaman yadda saxlayın. Müəllimlərinizə hər zaman hörmətlə yanaşın. Siz Azərbaycanın xoşbəxt gənclərisiniz, çünki sizin gəncliyiniz Azərbaycanın ən xoşbəxt dövrünə təsadüf edib", - Mərdanov deyib.

Rzaquliyeva çıxışında 2011-2012-ci tədris ilində Bakı məzunlarının təhsil göstəricilərindən danışıb. O, bu göstəricilərin müsbətə doğru dəyişdiyini deyib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məzunlara təbrik məktubu oxunub.

Xəbər lenti

Xəbər lenti