...

Azərbaycanda rəqəmsal TV istifadəçilərinin nəzərinə

Cəmiyyət Materials 8 İyul 2012 11:00 (UTC +04:00)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu yaxın vaxtlarda rəqəmsal televiziya üçün DVB-T-dekoderlərin pilot partiyasının istehsalına başlayacaq
Azərbaycanda rəqəmsal TV istifadəçilərinin nəzərinə

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu yaxın vaxtlarda rəqəmsal televiziya üçün DVB-T-dekoderlərin pilot partiyasının istehsalına başlayacaq. Bu barədə Trend-ə zavodun direktoru Siyavuş Əliyev bildirib.

Əliyevin sözlərinə görə, mövcud partiya təqribən 5-10 min ədəd təşkil edəcək. Qurğular bazara "DVB-T PEYK" brendi altında çıxarılacaq, onların qiyməti isə 30 manata yaxın olacaq.

"Hesablamalarımıza görə, qurğuların qiyməti 26 manatadək azala bilər. Bu, istehsalın həcminin 200-300 min ədəd olacağı təqdirdə baş verəcək", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti