...

Elçin Quliyev: Dövlət Sərhəd Xidmətində bu yaxında bir sıra yeni obyektlər istifadəyə veriləcək

Cəmiyyət Materials 14 İyul 2012 13:22 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətində (DSX) bu yaxında bir sıra yeni obyektlər istifadəyə veriləcək.
Elçin Quliyev: Dövlət Sərhəd Xidmətində bu yaxında bir sıra yeni obyektlər istifadəyə veriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyul /Trend müxbir M.Əliyev/

Dövlət Sərhəd Xidmətində (DSX) bu yaxında bir sıra yeni obyektlər istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu DSX Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Xidmətin Akademiyasının məzunlarının ilk buraxılışı ilə əlaqədar keçirilən tədbirdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə yeni qarnizonların, bazaların, sərhəd zastavalarının, komendantlıqların, xüsusi hərbi hissələrin, aerobazaların açılışları olacaq.

Quliyev qeyd edib ki, təkcə tikinti-quruculuq işləri deyil, həmçinin ən müasir avadanlıqların alınması və dövlət sərhədlərinin mühafizəsində tətbiqinin həyata keçirilməsi də planlaşdırılır.

"Ən müasir silahların alınması, zabitlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların xidməti mənzillərlə təmin olunması prosesi davam etdirilir. Qısa zaman kəsiyində mindən çox zabitimiz xidmətı mənzillə təmin olunub", - DSX rəisi bildirib.

Dövlət Bayrağı Meydanında şənbə günü DSX Akademiyası məzunlarının ilk buraxılışı ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə dövlət himni səsləndikdən sonra ilk məzunlara diplomlar təqdim olunub. DSX-nin zabit sıralarına daxil olan gənc leytenantlar "Sərhədçi andı" içiblər.

Xəbər lenti

Xəbər lenti