...

Kürdə suyun səviyyəsi artacaq

Cəmiyyət Materials 16 İyul 2012 13:40 (UTC +04:00)
Yaxın günlər ərzində Kür çayında suyun səviyyəsinin artacağı gözlənilir.
Kürdə suyun səviyyəsi artacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlər ərzində Kür çayında suyun səviyyəsinin artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə deyib ki, iyulun 15-də gün ərzində və iyulun 15-dən 16-na keçən gecə yağan yağışlar nəticəsində Zərdab rayonu ərazisində yerləşən və Kürə axan Qarasuçayda suyun səviyyəsi 69 sm artıb. Bununla əlaqədar yaxın günlər ərzində Kürün aşağı axınında suyun səviyyəsi yüksələcək. Ötən gün yağan yağışlarla əlaqədar artıq Kürün yuxarı axınında - Ağstafadakı Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 sm artıb.

Verdiyev bildirib ki, iyulun 15-də gün ərzində və iyulun 15-dən 16-na keçən gecə yağan yağışlar nəticəsində əksər çaylarda sululuq artıb. Kicik Qafqazın Gəncəçay çayında suyun səviyyəsi 11, Gorançayda 1 metr 20 sm artıb. Gorançaydan həm də sel keçib.

Böyük Qafqazın Qax-Şəki ərazisindəki Keşçay və Kürmükçaydan qısamüddətli daşqınlar keçib.

Böyük Qafqazın Qusarçay çayında suyun səviyyəsi 19, Qudyalçayda 4, Vəlvələçayda 29 sm artıb. Naxçıvan Muxtar Respublikasındakı Naxçıvançayda suyun səviyyəsi 6 sm yüksəlib.

Xəbər lenti

Xəbər lenti