...

Konstitusiya Məhkəməsinə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün müraciət olunub

Cəmiyyət Materials 16 İyul 2012 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinə inzibati xətalar üzrə işlərə baxacaq məhkəmələri müəyyən etmək üçün müraciət olunub.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi müraciətində Mülki-Prosessual Məcəllənin 24-cü (Mübahisələrin məhkəməyə aidiyyəti) və İnzibati-Prosessual Məcəllənin 2-ci (İnzibati mübahisələrin məhkəmə aidiyyəti) maddələrinin şərh olunmasını xahiş edir.

Mülki-Prosessual Məcəllənin 24-cü maddəsində qeyd olunur ki, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir

İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsində isə inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dairəsi müəyyən edilib.

Müraciət icraata qəbul edilib.

Xəbər lenti

Xəbər lenti