...

İyulun 19-dan Azərbaycanda hava yenidən sərinləşəcək

Cəmiyyət Materials 17 İyul 2012 15:30 (UTC +04:00)
İyulun 19-dan başlayaraq ölkə ərazisində hava şəraiti yenidən sərinləşəcək, havanın temperaturu yenidən bir neçə dərəcə enəcək.
İyulun 19-dan Azərbaycanda hava yenidən sərinləşəcək

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

İyulun 19-dan başlayaraq ölkə ərazisində hava şəraiti yenidən sərinləşəcək, havanın temperaturu yenidən bir neçə dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə axşamı Trend-ə deyib ki, iyulun 18, 19, 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. İyulun 20-də yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Yaxın 3 gün ərzində hava küləkli keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

İyulun 20-də gündüz külək mülayimləşəcək. İyulun 18-də havanın temperaturu gündüz saatlarında 30-35, 19-da 27-34, 20-də 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyulun 18-də hava əsasən yağmursuz keçəcək. İyulun 19-da axşam, 20-də gecə və axşam rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.

İyulun 18-də Aran rayonlarında havanın temperaturu 32-37, dağlarda 22-27, iyulun 19-20-də Aran rayonlarında havanın temperaturu 27-32, dağlarda 19-24 dərəcə isti olacaq.

İlkin proqnozlara görə, iyulun 23-dən ölkə ərazisində yenidən havanın temperaturu yüksələcək.

Xəbər lenti

Xəbər lenti