Azərbaycan, Bakı, 24 iyul / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 22 yaşlı qız qaçırılıb.
Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Z.Xəlilov küçəsi, 67/1 ünvanında 1990-cı il təvəllüdlü Aycan Ağayeva (ad şərtidir) qaçırılıb.
Onun tanışı, 1992-ci il təvəllüdlü Vüsal Bayramov tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı müəyyən olunub.
Bayramov yaxın dostu Şahin Əliyevlə birgə Ağayevanı "Mercedes" markalı avtomobilə mindirərək qaçırıb.
Faktla bağlı polis idarəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb.