...

Ziya Bünyadov prospektindəki yol ötürücüsündə işlər nə zaman başa çatacaq? (FOTO)

Cəmiyyət Materials 26 İyul 2012 13:03 (UTC +04:00)
Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında davam etdirilir.
Ziya Bünyadov prospektindəki yol ötürücüsündə işlər nə zaman başa çatacaq? (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/

Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında davam etdirilir. Bu barədə Trend-ə "Azəriyolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, 3 gediş və 3 gəliş zolağından ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr təşkil edəcək. Eyni zamanda, layihə çərçivəsində ümumi uzunluğu 1746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb.

Hazırda tikintisi həyata keçirilən tuneldə svayların qurulması, istinad divarının və tunelin qapalı hissəsinin tikintisi işləri həyata keçirilir.

Tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təqribən 60%-i yerinə yetirilib.

Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti