Azərbaycan, Bakı, 30 iyul / Trend müxbir K.Zərbalıyeva/
Bakıda son iki gündə qidadan 12 nəfər zəhərlənib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, zəhərlənənlərin 7-si xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü qutabdan, digərləri isə qarışıq qidadan zəhərləniblər.
Mövsüm ərzində qidadan zəhərlənmə ilə bağlı Stansiyaya 283 nəfər müraciət edib, onlardan 245 nəfəri xəstəxanaya yerləşdirilib.