...

Azərbaycanda bir sıra ərzaq məhsullarının istehsalına və satışına qadağa qoyulub (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2012 12:48 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar şəhərində fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörək, Sumqayıt şəhərində “Vüsal-B” firmasında preslənmiş, doğranmış, rəfinə olunmuş qənd, “VAT” MMC-də portlandsement, Bərdə şəhərində fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə “duşes” limonadı, Abşeron rayonu, Novxanı kəndində “Duet” firmasında daxili kanalların istehsalı və satışı, Oğuz şəhərində fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilib.
Azərbaycanda bir sıra ərzaq məhsullarının istehsalına və satışına qadağa qoyulub (FOTO)

Azərbaycan, Bakı, 24 avqust /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir sıra ərzaq məhsullarının satışına qadağa qoyulub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar şəhərində fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörək, Sumqayıt şəhərində "Vüsal-B" firmasında preslənmiş, doğranmış, rəfinə olunmuş qənd, "VAT" MMC-də portlandsement, Bərdə şəhərində fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə "duşes" limonadı, Abşeron rayonu, Novxanı kəndində "Duet" firmasında daxili kanalların istehsalı və satışı, Oğuz şəhərində fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, Müqtədir küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülarə Hacıyevaya məxsus çörək sexində dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Aşkar edilmiş bu və digər nöqsanlara görə fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib, onun barəsində inzibati protokol tərtib edilərək 1500 manat məbləğində cərimə edilib.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, Xal-Xal yolu 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, məntəqədə maye qaz məhsullarının satışı Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarının tələbləri pozulmaqla həyata keçirilir. Belə ki, maye qaz məhsullarının satışı üçün alınmış lisenziyanın qüvvədə olma müddəti başa çatıb, istifadə olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istismar olunur. Aşkar edilmiş bu və ya digər nöqsanlara görə fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilib.

Xidmətin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, məhəllə 41a ünvanında fəaliyyət göstərən "Vüsal-B" firmasında qənd istehsalı sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir. Nəticədə normativ sənəd ГОСТ 22-94 standartının tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Bundan başqa müəssisədə hazır məhsulların markalanması düzgün və tam aparılmır, məhsulların saxlandığı anbarda tempratur və nisbi rütubət rejiminə nəzarət olunmur. Aşkar edilmiş nöqsanlara görə "Vüsal-B" firmasında preslənmiş, doğranmış, rəfinə olunmuş qəndin istehsalı və satışı qadağan edilib.

İdarə tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfi, 35-ci km ünvanında Fəxrəddin Xudaverdiyevin rəhbərliyi ilə fəaliyyət göstərən "VAT" MMC-də dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, portlandsement istehsalı və satışı ilə məşğul olan müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji reqlamenti olmadan fəaliyyət göstərir.

Nəticədə normativ sənəd ГОСТ 10178-85 standartının tələbləri pozulur. Bundan başqa istehsal olunan portlandsementin markalanması və qablaşdırılması standartın tələblərinə uyğun aparılmır.

Belə ki, hazır məhsulların üzərində onun istehsal tarixi göstərilmir, kisələrin üzərində sementin çəkisi 40 kq göstərilməsinə baxmayaraq, çəkilmiş kisələrin orta çəkisi 36,8 kq gəlib. Müəssisədə istismarda olan 7 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçmədən istifadə olunur. Aşkar edilmiş nöqsanlara görə "VAT" MMC-də portlandsementin istehsalı və satışı qadağan edilib.

İdarə tərəfindən Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən "Duet" firmasında daxili kanalların istehsalına dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə daxili kanallar normativ sənədi olmadan istehsal olunur, istismarda olan ölçmə vasitələrinin heç biri müqayisəli dövlət yoxlamasından keçməyib. "Duet" firması inzibati xətaya yol verildiyinə görə protokol tərtib edilib, müəssisədə daxili kanalların istehsalı və satışı qadağan edilib.

Yevlax Ərazi İdarəsi tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsi 68 ünvanında fəaliyyət göstərən fiziki şəxs Etiram Sədiyevə məxsus limonad sexində dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir.

Bundan başqa istehsal olunan məhsulların markalanmasında və qablaşdırılmasında standartın tələbləri pozulur, məhsulun sınaqlarını aparmaq üçün hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə mövcud deyil, istismar olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməyib.

Aşkar edilmiş bu və digər nöqsanlara görə fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə "duşes" limonadının istehsalı və satışı qadağan edilib.

Xəbər lenti

Xəbər lenti