...

İstirahət günü Bakıda güclü şimal küləyi davam edəcək

Cəmiyyət Materials 1 Sentyabr 2012 11:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
İstirahət günü Bakıda güclü şimal küləyi davam edəcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

İstirahət günü Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-22 isti, gündüz 25-28 isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Sentyabrın 4-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 28-33° isti, dağlarda gecə 8-13, gündüz 17-22 isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti