...

Türkiyənin Azərbaycandakı səfirinə "Media ulduzu" diplomu verilib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2012 18:05 (UTC +04:00)
Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiyasının (AJQA) layihəsi olan "Jurnalist qadınlar klubu"nun növbəti qonağı səlahiyyət müddəti başa çatmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç olub.
Türkiyənin Azərbaycandakı səfirinə "Media ulduzu" diplomu verilib (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiyasının (AJQA) layihəsi olan "Jurnalist qadınlar klubu"nun növbəti qonağı səlahiyyət müddəti başa çatmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç olub.

Trend-in məlumatına görə, görüşdə AJQA sədri Sevil Yusifova Hulusi Kılıçın fəaliyyəti dövründə həmişə mediaya açıq olmasını və iki qardaş ölkənin KİV-ləri arasında dostluq münasibətinin qurulmasında, iki eyni xalqın bir-birinə inteqrasiyasında onun yüksək xidmətinin olduğunu bildirib.

O qeyd edib ki, səfir səlahiyyət dövründə müxtəlif uğurlu layihələrə imza atıb.

"Heç kimə sirr deyil ki, kənar qüvvələr Azərbaycan və Türkiyə arasında anlaşılmazlıq və nifaq salmaq məqsədilə düşmən mətbuatında yalan məlumatlar yayaraq çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Belə dönəmdə Hulusi Kılıç bir qardaş ölkəni təmsil edən səfir kimi, eyni zamanda, bir azərbaycanlı diplomat kimi hərəkət etdi və dəstəyini əsirgəmədi. O həmişə jurnalistin dostu olduğunu sübut edib", - Yusifova bildirib və əlavə edib ki, məhz Hulusi Kılıçın dövründə azərbaycanlı jurnalistlər daha çox Türkiyəyə səfər ediblər.

Görüş zamanı Kılıç bildirib ki, səfir olduğu müddətdə Azərbaycanla bağlı onun çoxlu xoş xatirələri var: "Mənim üçün hər gün səhər Bakıda oyanmaq Ankarada oyanmaq kimidir. Mən həmişə demişəm ki, Azərbaycan üçün canımdan da keçməyə hazıram".

O, səfir işlədiyi müddətdə gözəl illər keçirdiyini, eyni zamanda, media ilə yaxşı münasibətdə olduğunu vurğulayıb.

Sonda səfirə AJQA adından "Media ulduzu" diplomu təltif edilib.

Xəbər lenti

Xəbər lenti