...

Gələn il Azərbaycanda rezidenturaya qəbul olan şəxslərin müsabiqəyə buraxılması üçün minimal bal artırılacaq

Cəmiyyət Materials 11 Sentyabr 2012 14:07 (UTC +04:00)
Gələn il Azərbaycanda rezidenturaya qəbul olan şəxslərin müsabiqəyə buraxılması üçün minimal bal artırılacaq.
Gələn il Azərbaycanda rezidenturaya qəbul olan şəxslərin müsabiqəyə buraxılması üçün minimal bal artırılacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il Azərbaycanda rezidenturaya qəbul olan şəxslərin müsabiqəyə buraxılması üçün minimal bal artırılacaq. Trend-in xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə rezidenturaya ixtisas seçiminə buraxılan gənclərlə görüşdə deyib.

Abbaszadə bildirib ki, bu il rezidenturada 3-cü və 4-cü istiqamətlər üzrə müsabiqəyə buraxılmaq üçün minimal keçid balı 70, 1-ci və 2-ci istiqamətlərdə isə 90 bal müəyyən edilib. Gələn il isə rezidenturada müsabiqəyə buraxılmaq üçün minimal bal 100-dən yuxarı olacaq.

"Bu il rezidenturanın 3-cü və 4-cü istiqamətlərində yerlərin sayı namizədlərin sayından çox olduğundan həmin istiqamətlər üzrə minimal bal 70 bal müəyyən olundu", - o, deyib.

TQDK sədri qeyd edib ki, bu il rezidenturaya keçirilən qəbul imtahanlarında iştirak edən şəxslərin 522 nəfəri 100 baldan çox nəticə göstərib.

"Bu, o deməkdir ki, onlar insan orqanizmini 50 faiz bilirlər. Həkim olmaq üçün isə insan orqanizmini 70 faiz nəzəri, 30 faiz isə təcrübədə bilmək lazımdır. Bu il 100 baldan yuxarı nəticə göstərənlərin cəmi 10 nəfəri Naxçıvan Dövlət Universitetinin, 2 nəfəri Odlar Yurdu, 3 nəfəri isə Xəzər Universitetinin məzunudur. Qalanları isə Tibb Universitetinin məzunudur. Tibb Universitetinin 100 baldan aşağı nəticə göstərən məzunu olmamalıdır. Çünki təkcə bu il IV qrupda 600 baldan yuxarı nəticə göstərənlərin 358 nəfəri Tibb Universitetini seçib", - Abbaszadə bildirib.

Xəbər lenti

Xəbər lenti