...

Təhsil Nazirliyi bu gündən doktoranturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna başlayıb

Cəmiyyət Materials 17 Sentyabr 2012 14:38 (UTC +04:00)
Bu gündən Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarında iştirak üçün sənəd qəbuluna başlanıb.
Təhsil Nazirliyi bu gündən doktoranturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna başlayıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarında iştirak üçün sənəd qəbuluna başlanıb.

Nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Heseynova bazar ertəsi Trend-ə bildirib ki, sənəd qəbulu oktyabrın 16-dək davam edəcək.

Sənəd qəbulu ali məktəblərdə yaradılmış sənəd qəbulu komissiyaları tərəfindən aparılacaq.

Bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq.

Xəbər lenti

Xəbər lenti