...

Elmin İnkişafı Fondu “Şuşa qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 21 Sentyabr 2012 13:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezident yanında Elmin İnkişafı Fondu humanitar və ictimai elmlər sahəsində məqsədli qrantların verilməsi üzrə 2012-ci ilin I beynəlxalq xarakterli "Şuşa qrantı" müsabiqəsinin nəticələrini açıqlayıb.
Elmin İnkişafı Fondu “Şuşa qrantı” müsabiqəsinin  nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezident yanında Elmin İnkişafı Fondu humanitar və ictimai elmlər sahəsində məqsədli qrantların verilməsi üzrə 2012-ci ilin I beynəlxalq xarakterli "Şuşa qrantı" müsabiqəsinin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, bununla bağlı cümə günü tədbir keçirən EİF-nin icraçı direktoru Elçin Babayev deyib ki, "Şuşa qrantı" Qarabağla, onun simvolu olan Şuşa ilə bağlı elmi tədqiqatları stimullaşdırmaq və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə təsis edilib.

Mayın 10-dan iyunun 29-dək müsabiqəyə 9 layihə daxil olub. Onlardan 3-ü texniki ekspertiza mərhələsindən keçməyib. "Şuşa qrantı" müsabiqəsində 5 layihə qalib elan edilib. Qalib layihələrin maliyyələşdirilməsinə 170 min manat sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti