...

Azərbaycan şagirdlərinin dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olması üçün yeni şans yaranıb

Cəmiyyət Materials 22 Sentyabr 2012 09:36 (UTC +04:00)
Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev Trend-ə bildirib ki, İsveçrənin Bern Beynəlxalq Məktəbinin distant təhsillə bağlı tədris proqramına bu ildən etibarən artıq Azərbaycan şagirdləri də qoşula biləcəklər
Azərbaycan şagirdlərinin dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olması üçün yeni şans yaranıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan şagirdlərinin dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq üçün yeni şans yaranıb.

Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev Trend-ə bildirib ki, İsveçrənin Bern Beynəlxalq Məktəbinin distant təhsillə bağlı tədris proqramına bu ildən etibarən artıq Azərbaycan şagirdləri də qoşula biləcəklər.

Onun sözlərinə görə, Azərbaycan məktəbliləri 50 illik təcrübəyə malik olan İsveçrənin Bern Beynəlxalq Məktəbinin tətbiq etdiyi onlayn təsil sisteminə qoşulmaqla həmin məktəbin kurikulumları əsasında tədris keçə bilər, dərs resurslarından onlayn şəkildə istifadəsi imkanı əldə edər, məktəbi bitirdikdə isə ali təhsil məktəbinin seçilməsi və gələcək karyeranın planlaşdırılmasını həyata keçirə bilərlər.

"Qərbdə universitetə daxil olmaq üçün imtahan verməyə ehtiyac yoxdur, və istənilən nüfuzlu ali təhsil ocağı dünya səviyyəsində tanınan məktəbin attestat balları ilə qəbul həyata keçirirlər. Bern Beynəlxalq Məktəbinin təqdim etdiyi attestat isə Harvard, Kembdric, Sarbonna və sair bu kimi ali təhsil mərkəzləri tərəfindən qəbul olunur", - Musayev deyib.

Onun sözlərinə görə, Bern Beynəlxalq Məktəbinin onlayn təhsilindən istifadə etmək üçün bir illik təhsil haqqı yuxarı siniflər üçün təxminən 9 min manat, aşağı siniflər üçün isə biraz az məbləğ təşkil edəcək.

"Artıq növbəti həftədən Azərbaycan şagirdləri üçün bu onlayn tədris sisteminə qəbul elan olunacaq, müəyyən məktəblərdə təqdimatlar keçiriləcək" - Xəzər İnvestisiya Mərkəzinin prezidenti bildirib.

O qeyd edib ki, onlayn təhsil sisteminin üstünlüklərindən biri də odur ki, dərsin başlanmasının, keçirilməsinin konkret vaxtı müəyyən olunmur.

"Şagird tərəfindən müəyyən materiallar götürülür və ilin sonuna imtahan verilir. Həmin tədris ili ərzində hər şagird xüsusi test sistemi ilə özünü yoxlaya, Bern Beynəlxalq Məktəbinin müəllimləri ilə konsultasiya edə bilər", - Musayev deyib.

Onun sözlərinə görə, məktəbin diplomunun alınması üçün minimum son 3 sinifi bitirmək tələb olunur.

"Bu təhsil 12 illik proqram əsasında keçirilir. Azərbaycanda isə təhsil 11 illik olduğu üçün biz son tədris ilinin proqramını digər illərə yazacıq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti