...

Azərbaycanda ilk dəfə həkimlər təkmilləşmə kurslarını iş yerindən ayrılmadan keçə biləcəklər

Cəmiyyət Materials 22 Sentyabr 2012 11:14 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, praktiki fəaliyyətlə məşğul olan həkimlər üçün təkmilləşmə kurslarının həkimlər üçün distnt formada keçirilməsinə başlanılıb.
Azərbaycanda ilk dəfə həkimlər təkmilləşmə kurslarını iş yerindən ayrılmadan keçə biləcəklər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, praktiki fəaliyyətlə məşğul olan həkimlər üçün təkmilləşmə kurslarının həkimlər üçün distnt formada keçirilməsinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu ilk dəfə müasir İnformasiya Kommunikasiya texnologiyaların tətbiq olunmaqla bir sıra ixtisaslar- terapiya, pediatriya, mamalıq və ginekologiya, ailə təbabəti, ümumi cərrahiyyə üzrə "Distant Təhsili" tədris forması aparılacaq.

Bu ixtisaslar üzrə praktiki fəaliyyətlə məşğul olan həkimləri bölgələrdən ayırmamaq məqsədilə mühazirələr Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti tərəfindən birbaşa internet və xüsusi proqram vasitəsilə bu müəssisənin auditoriyalarından aparılacaq.

"Distatnt Təhsili" tədris formasının tətbiqi ezamiyyət xərclərin qənaət olunmasına imkan yaradır və həkimlərin uzun müddətdə iş yerlərindən ayrılmasının qarşısını almağa imkan verir.

Artıq institutunun təsdiq olunmuş təqvim planı üzrə 2012 - 2013-cü tədris ilində 33 ixtisas üzrə təkmilləşmə kurslarına başlanılıb. Tədris ili ərzində 600-ə yaxın həkim-müdavimin təkmilləşməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti