...

Gələn ildən Azərbaycanda dağınıq skleroz xəstələri dövlət tərəfindən dərmanla təmin ediləcək

Cəmiyyət Materials 27 Sentyabr 2012 13:03 (UTC +04:00)
Gələn ildən Azərbaycanda dağınıq skleroz xəstələrinin dövlət tərəfindən dərmanla təmin ediləcəyi gözlənilir.
Gələn ildən Azərbaycanda dağınıq skleroz xəstələri dövlət tərəfindən dərmanla təmin ediləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn ildən Azərbaycanda dağınıq skleroz xəstələrinin dövlət tərəfindən dərmanla təmin ediləcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu xəstələrə dərmanların verilməsi ilə bağlı işlək mexanizm olacaq.

Ağayev deyib ki, artıq bu xəstələrlə bağlı Milli Məclis tərəfindən qanun qəbul olunub, Nazirlər Kabineti tərəfindən tapşırıqlar verilib, Səhiyyə Nazirliyi tərəfindən isə proqram hazırlanıb. Gələn ildən bu proqramın icrasına başlanması nəzərdə tutulur.

Nazir müavini bildirib ki, artıq Azərbaycanda xroniki böyrək çatışmazlığından, irsi qan xəstəliyindən əziyyət çəkən insanların problemləri həll olunub.

Xəbər lenti

Xəbər lenti