...

Qulu Novruzov: Azərbaycan Avropa ölkələrindən olan gənclərin respublikanın ali məktəblərində təhsil almasında maraqlıdır

Cəmiyyət Materials 28 Sentyabr 2012 14:40 (UTC +04:00)
Müharibə şəraitində olan Azərbaycanda təhsil büdcəsinin hərbi büdcə ilə eyni olması ölkədə təhsilə verilən diqqətin göstəricisidir.
Qulu Novruzov: Azərbaycan Avropa ölkələrindən olan gənclərin respublikanın ali məktəblərində təhsil almasında maraqlıdır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müharibə şəraitində olan Azərbaycanda təhsil büdcəsinin hərbi büdcə ilə eyni olması ölkədə təhsilə verilən diqqətin göstəricisidir. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Körpülərin salınması" adlı beynəlxalq konfransda Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

O qeyd edib ki, Azərbaycanda hazırda təhsillə bağlı 16 dövlət proqramı həyata keçirilir.

Nazir müavini deyib ki, azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və bu, daha da genişləndiriləcək.

"Azərbaycan Avropa ölkələrindən olan gənclərin respublikanın ali məktəblərində təhsil almasında maraqlıdır. Bizim ali məktəblərimiz öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır", - Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda xaricdə təhsil alan azərbaycanlı gənclərin çoxu Avropa ölkələrindədir: "Burada Almaniya xüsusi rol oynayır. Bu il 150-dən artıq azərbaycanlı gənc Almaniyada təhsil almağa göndərilib".

Xəbər lenti

Xəbər lenti