...

Bakıda daha bir piyada keçidinin tikintisi ilin sonunda başa çatacaq (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2012 15:11 (UTC +04:00)
Bakının Qara Qarayev prospektində Heydər Əliyev Parkının qarşısında yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.
Bakıda daha bir piyada keçidinin tikintisi ilin sonunda başa çatacaq (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qara Qarayev prospektində Heydər Əliyev Parkının qarşısında yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planına uyğun olaraq tikilən yeraltı keçidin uzunluğu 44 m, eni 12 m, hündürlüyü isə 3 m-dir.

Keçidin Heydər Əliyev Parkına və "Diqlas" Ticarət Mərkəzinə tərəf giriş-çıxışı olacaq. 24 m hissəsi tikilən keçiddə hazırda pərdələrin betonlanmasına hazırlıq işləri gedir. Ümumilikdə işlərin 65 faizi görülüb. Tikintinin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti