...

Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə üçtərəfli milli seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2012 12:51 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə Üçtərəfli Milli Seminarı keçirilib.
Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə üçtərəfli milli seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə Üçtərəfli Milli Seminarı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Finlandiya Respublikasının ölkəmizdəki səfiri Yuhani Toyvonen, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, BƏT-in sosial təhlükəsizlik üzrə baş mütəxəssisi Mariko Ouchi və beynəlxalq ekspertlər, aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, finladiyalı donorlar və başqaları iştirak ediblər.

Seminarda qeyd olunub ki, Azərbaycan Respublikası 2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi ilə bağlı 183 nömrəli Konvensiyasını ratifikasiya edib. Bununla bağlı olaraq, BƏT analığın mühafizəsi sistemlərinin təkmilləşdirilməsində milli təşəbbüslərə yardım məqsədilə MDB regionunda, o cümlədən Azərbaycanda analığın mühafizəsinin təşviqini texniki dəstəklə təmin etmişdir. Bu istiqamətdə tədbirlər Finlandiya tərəfindən maliyyələşdirilən texniki əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirilir.

Seminarda Azərbaycanda beynəlxalq əmək standartları və analığın mühafizəsi üzrə milli təcrübə, kişi və qadınların sosial ehtiyaclarının ödənilməsi, əmək bazarında kişi və qadınların bərabər iştirakının tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil olunub. Tədbirdə BƏT-in 183 nömrəli Konvensiyasına uyğun olaraq müəyyənləşdirilmiş beynəlxalq əmək standartlarına müvafiq şəkildə analığın mühafizəsi sisteminin yaxşılaşdırılması yolları, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında müzakirələr olunub.

Xəbər lenti

Xəbər lenti