...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 4 Oktyabr 2012 18:30 (UTC +04:00)
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri Səbail rayonu Nizami küçəsində ötən əsrin 60-cı illərində çəkilmiş və uzun müddət istismarda olan 250 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 4-5 oktyabr tarixlərində paytaxtın Səbail və Nəsimi rayonlarının bir hissəsinə - Nizami, Bül-bül, R.Rza, Mərdanov qardaşları, M.İbrahimov, S.Vurğun, Ə.Topçubaşov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti