Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi və 3 əməkdaşı vəzifədən kənarlaşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən şöbədə aparılan yoxlamalar nəticəsində nöqsanlar aşkar edilib.
Yoxlamanın nəticəsinə əsasən, şöbənin rəisi Azad Məmmədov və şöbənin 3 əməkdaşı işdən azad edilib.