...

AMEA-da doktoranturaya qəbul imtahanlarının tarixləri və qəbul komissiyalarının tərkibi müəyyənləşib

Cəmiyyət Materials 11 Oktyabr 2012 11:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya qəbul imtahanlarının tarixləri və qəbul komissiyalarının tərkibi müəyyənləşib.
AMEA-da doktoranturaya qəbul imtahanlarının tarixləri və qəbul komissiyalarının tərkibi müəyyənləşib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya qəbul imtahanlarının tarixləri və qəbul komissiyalarının tərkibi müəyyənləşib.

AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu cümə axşamı Trend-ə deyib ki, fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanlarının keçirilməsinə oktyabrın 15-dən başlanacaq. İmtahanlar ixtisas fənni, xarici dil və fəlsəfədən olacaq.

Abbasoğlu bildirib ki, ixtisas fənnindən imtahan oktyabrın 15, 16, 17-də, fəlsəfə imtahanı oktyabrın 22-dən 31-dək, xarici dil imtahanı isə noyabrın 1-dən 14-dək aparılacaq.

Fəlsəfə imtahanı üzrə qəbul komissiyasının sədri AMEA-nın Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə, ingillis dili imtahanı üzrə qəbul komissiyasının sədri isə filologiya üzrə elmlər doktoru Səidə İbrahimova olacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura üçün müəyyənləşdirilmiş 288 plan yerinə 345 nəfər sənəd verib. Onun 170-i əyani, 184-ü qiyabi təhsil forması üzrədir. Sənəd verənlərin 5-i əcnəbidir. Onların ikisi İran, 1-i Türkiyə, 1-i Liviya, 1-i Qırğızıstan vətəndaşıdır. Bu il elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.

Qeyd edək ki, Azərbaycanda doktoranturaya ilk dəfə qəbul 2011-ci ildə keçirilib.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul oluna bilərlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti